Nardaranda “İslam Həmrəyliyi İli”nə həsr olunmuş tədbir keçirilib (VİDEO, KULTURAPLUS)


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Nardaran Bilik evinin birgə təşkilatçılığı ilə Sabunçu rayonunun Nardaran qəsəbəsində “İslam Həmrəyliyi İli”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Bilik Fondunun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Nardaran Bilik evinin əməkdaşları, Nardaran sakinləri, ziyalılar iştirak ediblər.

Tədbirin keçirildiyi 130 saylı Naradaran tam orta məktəbinin direktoru Ağasəyid Cəbrayılov qonaqları salamlayaraq “İslam Həmrəyliyi İli” çərçivəsində maarifləndirici tədbirlərin keçirilməsinin məqsədəuyğun olduğunu deyib. Nardaran ziyalılarının belə tədbirlərə həvəslə qatılması bir daha islamın birlik və barış dini olduğunu göstərir.   

Nardaranın tarixini və bu gününü əks etdirən slaydın nümayişindən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev çıxış edərək, ölkədə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasının əhəmiyyətini vurğulayıb. İ.Vəliyev prezident İlham Əliyevin “Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq" fikirlərinə diqqət çəkib. Natiq təmsil etdiyi qurumun “İslam Həmrəyliyi İli” ilə bağlı islam dəyərlərinin təbliğinə, islamın başqa dinlərlə münasibətinə, ölkəmizdəki multikultural və tolerantlıq ənənələrinə dair təbliğat-təşviqat işlərini uğurla apardığını deyib. Ölkə başçısının Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbənin daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi ilə bağlı imzaladığı sərəncamları xatırladan İ.Vəliyev yerli əhalinin də dövlətin bu diqqət və qayğısını yüksək dəyərləndirdiyini bildirib. 

Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov  “İslam dini və həmrəylik  məsələləri” mövzusunda məruzə ilə çıxış edib. Komitənin baş məsləhətçisi Orxan Maşayev “Nardaran və nardaranlılar kitabı – ensklopedik toplu” haqqında geniş məlumat verib.

Tədbir bədii hissə ilə davam edib. Sonda iştirakçılar Nardaran Pirini ziyarət edərək yerli ağsaqqallarla görüşüblər və Bilik Fondunun nümayəndələri Nardaran məsçidinə 50 adda müxtəlif kitab hədiyyə ediblər.   

 

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru
Tarix: 18.04.2017

Son xəbərlər