Bilik Fondunda “Müsəlman ermənilər. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabının təqdimatı oldu


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “İmzalı görüş” layihəsi çərçivəsində Strateji Araşdırmalar Mərkəzi Daxili siyasətin təhlili şöbəsinin aparıcı elmi işçisi Araz Qurbanovun“Müsəlman ermənilər. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində Fondun “Gənc Jurnalistlər” Klubunun, “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvləri, Asan Könüllüləri, Azərbaycan Pedaqoji Universiteti nəzdində Pedaqoji Kollecin tələbələri iştirak ediblər.
 
Tədbiri giriş sözü ilə açan Bilik Fondunun icraçı direktoru Oktay Səmədov bildirib ki, Araz Qurbanovun müəllifi olduğu etnosiyasi oçerklər toplusunda Ermənistan Respublikasının Azərbaycana, Türkiyəyə və Gürcüstana qarşı ərazi iddialarında, qondarma «erməni soyqırımı» tələblərində, fövqəlgüclərin regionda geosiyasi maraqlarının ödənilməsində yeni iştirakçılardan – müsəlman ermənilərdən, və «erməni» kimi təqdim etdikləri həmşinlilərdən istifadə cəhdlərindən bəhs olunur. İcraçı direktorun sözlərinə görə, kitab həm də Azərbaycan həqiqətlərinin çatdırılması üçün çox əhəmiyyətli olduğundan xarici dillərə tərcüməsi vacibdir.
 
Prezident Kitabxanasının şöbə müdiri, AMEA Tarix İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa tədqiqat işinin yeniliyi və mahiyyətinə toxunaraq əsərdə əksini tapmış süni etnosiyasi problemlər, Ermənistan və bəzi dövlətlərin Azərbaycanın, Türkiyənin, Gürcüstanın ərazi bütövlüyünə, etnik və dini sabitliyinə qarşı yönəlmiş təhdidlər barədə məlumat verərək, onların neytrallaşdırılmasında düzgün və məqsədyönlü təbliğat işinin əhəmiyyətini vurğulayıb.
Sonra müəllif tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.
 
Tədbirin sonunda Araz Qurbanovun“Müsəlman ermənilər. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabı müəllifin imzasıyla iştirakçılara paylanıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 26.10.2017

Son xəbərlər