20 Yanvar faciəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir (Mədəniyyət, VİDEO)


 

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə “20 Yanvar Azərbaycanın qəhrəmanlıq salnaməsidir” mövzusunda “dəyirmi masa” keçirilib.

AZƏRTAC xəbər verir ki, ATMU-nun rektoru İlham Mədətov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə totalitar sovet rejiminin Azərbaycan xalqına qarşı həyata keçirdiyi tarixi cinayət haqqında məlumat verib. 20 Yanvar faciəsini çağdaş Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsi adlandıran rektor ümummilli lider Heydər Əliyevin keçmiş sovet rəhbərliyinin Azərbaycanda törətdiyi hərbi siyasi cinayətin beynəlxalq aləmə çatdırılmasındakı tarixi xidmətlərindən danışıb.

Sonra Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev “20 Yanvar - müstəqilik yolunun başlanğıcı” mövzusunda məruzə ilə çıxış edib.

Tədbirdə 20 Yanvar faciəsinə həsr edilən sərgi təşkil olunub.

Tarix: 19.01.2018

Son xəbərlər