Qardaşlaşmış məktəblər Zaqatalada - VİDEO


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "İlboyu bilik" proqramı üzrə ""Kitabi-Dədə Qorqud"un izi ilə", “Qafqaz Albaniyasının intibahı”, "Qardaşlaşmış məktəblər" və "Ev kitabxanası" layihələri çərçivəsində 19-21 iyun tarixlərində Zaqatala şəhərində silsilə tədbirlər keçirilib. Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin, Bilik Fondunun AMEA-nın, Bakı Slavyan Universitetinin, Bakı Dövlət Universitetinin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, yerli icra strukturu əməkdaşlarının, Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrinin təhsil aldıqları 6 məktəbin şagirdlərinin iştirakı ilə keçirilən tədbirlərin istinad mənbəyi “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2015-ci il tarixli Sərəncamı olub.

Tarix: 21.06.2015

Son xəbərlər