İsmayıllıda “Gənc təsərrüfatçılar məktəbi” yaradılıb


İsmayıllıda qeyri-neft sektorunun inkişafına töhfə verməklə kiçik və orta sahibkarlığın inkişafına dəstək göstərilməsi, orta ixtisas və peşə təhsilindən kənarda qalan gənclərə köməklik göstərilməsi məqsədilə “Gənc təsərrüfatçılar məktəbi” yaradılıb və bununla əlaqədar sentyabrın 17-də təsis konfransı keçirilib.

Konfransda “Gənc təsərrüfatçılar məktəbi”nin fəaliyyəti ilə əlaqədar İsmayıllı rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən əməkdaşlıq sazişi imzalanıb. 
Konfransda habelə məktəbin gələcək fəaliyyəti, müdavimlərin seçimi, müəllim kontingentinin formalaşdırılması və sair məsələlər də ətraflı müzakirə olunub.
Sonda təsis konfransının iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Tarix: 17.09.2015

Son xəbərlər