Bilik Fondunun mühazirəçiləri 117 məktəbdə - Bilik Günü (VİDEO, İTV)


 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ənənəvi olaraq, 15 sentyabr Bilik Günü münasibətilə ölkəmizin bütün bölgələrində mühazirələr təşkil edir. Bilik Günündə Fondun “İl boyu bilik” proqramı çərçivəsində Bakıda və Azərbaycanın müxtəlif bölgələrində orta məktəblərdə “Heydər Əliyev və Azərbaycan” mövzusunda dərslər keçilib. Ümumilikdə 117 orta məktəbdə tanınmış ziyalılar – akademiklər, professorlar, media mənsubları məktəblilər və yerli sakinlərlə görüşüblər, onlara Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində Ümummilli liderin rolu, onun banisi olduğu azərbaycançılıq ideologiyasının mahiyyəti, multikultural ənənələr, artıq formalaşmış tolerantlıq mühiti barədə ətraflı məlumat veriblər.

Tarix: 19.09.2016

Son xəbərlər