Bilik Fondu Rusiyanın məşhur universiteti ilə müqavilə imzaladı (Video, İTV)


 

V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana səfər etmiş Rusiya Federasiyası A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun rektoru Marqarita Nikolayevna Rusetskaya və institutun Dil Testləşdirmə və Miqrasiya Siyasətinə Yardım Mərkəzinin rəhbəri Radçenko Oleq Anatolyeviç bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olublar. 

Qonaqları Fondun icraçı direktoru Oktay Səmədov və əməkdaşlar qarşılayıb onları Fondun ümumi fəaliyyəti, xüsusilə də ölkə əhalisi arasında xarici dillərin, o cümlədən rus dilinin təbliği istiqamətində görülən işlərlə tanış ediblər. 

Tarix: 28.09.2016

Son xəbərlər