Azərbaycan musiqisində multikultural dəyərlər (Video, AZTV)


 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera Studyasında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan musiqisində multikultural dəyərlər” mövzusunda elmi-praktik konfrans keçirilib.

Qonaqları Bakı Musiqi Akademiyasının rektoru professor Fərhad Bədəlbəyli salamlayıb. Azərbaycan mədəniyyətinin zənginliyini vurğulayan professor musiqimizdə lap qədimdən multikultural meyllərin kök saldığını diqqətə çatdırıb.

Tarix: 19.10.2016

Son xəbərlər