“ELS” İctimai Televiziyada ictimai debatlara başladı (Video)


Oktyabrın 7-də “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və İctimai Televiziya və Radio Yayımları Şirkətinin informasiya, texniki və təşkilatçılıq dəstəyilə həyata keçirdiyi “Ailə, qadın və uşaq problemlərinin həllində milli-mənəvi dəyərlərin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində İctimai Televiziyada ictimai debatlara start verdi. Addım-addım” verilişinin canlı efirində “Ailədə milli-mənəvi dəyərlərin qorunması Azərbaycançılığın təməli kimi” mövzusu ətrafında ekspertlər, “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri və layihənin müəllifi İradə Yaqubova, BDU jurnalistika fakültəsinin dekan müavini Sevinc Əliyeva, şair Vahid Əziz, AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova və ilahiyyətçi Ağa Hacıbəyli fikir mübadiləsi apardılar.

Tarix: 07.10.2016

Son xəbərlər