“ELS” İctimai Televiziyada növbəti mövzunu təqdim etdi (Video)


Oktyabrın 14-də “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və İctimai Televiziya və Radio Yayımları Şirkətinin informasiya, texniki və təşkilatçılıq dəstəyilə həyata keçirdiyi “Ailə, qadın və uşaq problemlərinin həllində milli-mənəvi dəyərlərin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində İctimai Televiziyada növbəti mövzusu ətrafında ictimai debatlar keçirildi. Bu dəfə “Addım-addım” verilişinin canlı efirində “İnformasiya-kommunikasiya texnologilarının ailə münasibətlərinə təsiri” mövzusu ekspertlər, “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri və layihənin müəllifi İradə Yaqubova, AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Aynur Veysəlova, jurnalist Lalə Musaqızı və valideyn Naibə Qurbanovanın müzakirə ptredmeti oldu.

Tarix: 14.10.2016

Son xəbərlər