Ailə dəyərlərini qoruyaq! (Video)


Oktyabrın 21-də “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və İctimai Televiziya və Radio Yayımları Şirkətinin informasiya, texniki və təşkilatçılıq dəstəyilə həyata keçirdiyi “Ailə, qadın və uşaq problemlərinin həllində milli-mənəvi dəyərlərin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində İctimai Televiziyada növbəti mövzunu ictimai müzakirəyə çıxardı. 

“Addım-addım” verilişində “Ailə institutunun qurulmasında müasir problemlər” mövzusu ekspertlər, “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri, layihənin rəhbəri İradə Yaqubova, APU-nun kafedra müdiri, professor Minarə Dadaşova, ilahiyyatçi İrşad Mahmudov və psixoloq Lümunət Əmrahlı tərəfindən birgə müzakirə olundu.

Tarix: 21.10.2016

Son xəbərlər