Cümhuriyyət İlində Bilik Fondu və Milli Azərbaycan Tarixi Muzeyinin birgə tədbiri


Fevralın 26-da Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin təşəbbüsü və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə “Azərbaycanda Dövlət Gənclər siyasəti və AXC-nin xarici siyasəti” mövzusunda seminar təşkil olunub.
 
Tədbirdə muzeyin elmi işçisi Əli Fərhadov ““Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” və “ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər)” kitabları haqqında, tarix üzrə fəlsəfə doktorları Bəhman Kərimov “Azərbaycanda gənclər siyasəti”, Fuad Ağayev “AXC-nin xarici siyasəti” mövzularında məruzələrlə çıxış ediblər.
 
Çıxışçılar AXC hökumətinin yürütdüyü milli siyasətin regionda nümunə olduğunu vurğulayaraq, 23 aylıq dövlətin böyük ruha sahib olduğunu diqqətə çatdırıb və bu ruhun gücü ilə 70 ildən sonra Azərbaycanın yenidən müstəqilliyə qovuşduğunu bildiriblər.
 
Seminarda “Azərbaycan Ordusu” qəzetinin hərbi müxbiri Lalə Hüseynova, Səbail rayonu Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Əhməd Ağababayev və digər iştirakçılar maraqlı çıxışlar ediblər.
 
Tədbirin dinləyiciləri olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Azərbaycan Dillər Universitetinin tələbələri, H.Mahmudbəyov adına Texniki-Humanitar Elmlər Liseyinin yuxarı sinif şagirdləri məruzəçilərə suallar ünvanlayıb və ətraflı cavablar alıblar.
 
"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncama uyğun olaraq, Bilik Fondu ilə Milli Azərbaycan Tarixi Muzeyinin birgə silsilə tədbirləri davam edir.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 27.02.2018

Son xəbərlər