Mingəçevir texniki hümanitar liseyində soyqırım həqiqətləri mövzusunda tədbir oldu


Martın 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Mingəçevir şəhəri üzrə nümayəndəsi, şəhər texniki humanitar liseyin direktoru Nailə Məmmədovanın təşəbbüsü ilə tədbir keçirilib.

Azərbaycan Respublikası Prezidentinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” imzaladığı Sərəncama uyğun keçirilən tədbirdə təhsil ocağının şagirdləri iştirak ediblər.

N.Məmmədova soyqırımın tarixindən danışaraq, ermənilər tərəfindən xalqımıza qarşı soyqırım və deportasiya siyasəti yeridildiyini, nəticədə yüz minlərlə soydaşımızın qətlə yetirildiyini, şəhərlərin, kəndlərin yandırıldığını faktlarla diqqətə çatdırıb.

Tədbiridə məktəblilər vətənpərvərlik mövzusunda çıxışlar ediblər. 

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 30.03.2018

Son xəbərlər