Bilik Fondu Beynəlxalq Uşaq Kitabı Gününü Qaradağda keçirdi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 2 aprel – Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə Qaradağ rayonu Lökbatan qəsəbəsindəki 233 nömrəli tam orta məktəbdə tədbir keçirib.

“Ucalığa aparan yol kitabdan başlanır” mövzusunda ədəbi-bədii tədbiri giriş sözü ilə Bilik Fondunun Qaradağ rayonu üzrə nümayəndəsi Samirə Musayeva açıb və iştirakçılara kitabın əhəmiyyətindən, mütaliənin uşaqların inkişafında rolundan danışıb.

Fondun İnformasiya təminatı sektorunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı əvvəlcə aprel döyüşlərinin 2-ci ildönümü və Kəlbəcər rayonunun erməni qəsbkarları tərəfindən işğalının ildğnümü ilə bağlı məlumat verib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra natiq məktəblilərə “Ədəb ədəbiyyatdan başlanır” mövzusunda mühazirə söyləyib. Mühazirə dinlənildikdən sonra tədbir müzakirələrlə davam edib.

Sonda məktəblilərə Bilik Fondunun hədiyyə etdiyi kitablar paylanılıb.

 

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun Mətbuat xidməti

Tarix: 02.04.2018

Son xəbərlər