Bilik Fondunun təcrübəçiləri AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda oldular


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda istehsalat təcrübəsi keçən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət, Bakı Slavyan və Bakı Dövlət Universitetlərinin tələbələri AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda olublar.
 
Təcrübəçiləri Fondun Beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənov və baş məsləhətçisi Almaz Axundova müşayiət ediblər.
 
R.Həsənov Fondun elmi layihələrindən söz açaraq, xüsusən gənc mütəxəssislərin maarifləndirilməsi ilə bağlı görülən işlərdən danışıb.
 
Görüşdə İnstitutun elmi işlər üzrə direktor müavini, professor Nazim Cəfərli təmsil etdiyi qurumun əsas fəaliyyət istiqaməti, həyata keçirilən yerli və beynəlxalq səviyyəli layihələr, xarici əlaqələr barədə məlumat verib.
 
Tədbirdə Beynəlxalq münasibətlər və insan hüquqları şöbəsinin rəhbəri, siyasət üzrə fəlsəfə doktoru Elşad Mirbəşiroğlu, Təhsil və beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Raciv Qurbanov, professor Əli Rzayev, institutun böyük elmi işçisi Aida Bəndəliyeva, AMEA-nın Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından, BDU və ADU-dan olan tərcübəçilər iştirak ediblər.
 
Görüş təcrübəçilərlə alimlər arasında sual-cavab formatında davam edib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat Xidməti
Tarix: 06.04.2018

Son xəbərlər