Vüqar Bayramov Binəqədidə Postneft dövründə islahatlar mövzusunda mühazirə dedi


Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında ənənəvi “Məlumat saatı”nda növbəti tədbir keçirilib.
 
İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri, iqtisad üzrə fəlsəfə doktoru Vüqar Bayramov "Postneft dövründə islahatlar: çağırışlar və perspektivlər" mövzusunda mühazirə ilə çıxış edib.
 
Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Bilik Fondu ilə İcra Hakimiyyətinin həyata keçirdiyi birgə tədbirlər barəsində danışıb, bu tədbirlərin faydalı olduğunu vurğulayıb.
 
Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev yeni dövrün tələblərinə uyğun olaraq, iqtisadi sferada aparılan islahatların məhz insan kapitalının formalaşması məqsədi daşıdığını, təmsil etdiyi qurumun həyata keçirdiyi layihələrdə məhz bu amili nəzərə aldığını bildirib.  
 
İqtisadçı alim mühazirəsində əvvələr yalnız neft ölkəsi kimi tanınan Azərbaycanda neft gəlirləri hesabına digər sahələrin inkişaf etdiyini faktlarla diqqətə çatdırıb.  
V.Bayramov neft kapitalının insan kapitalına çevrilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncam, Fərman, qərar və tövsiyələrinin yüksək səviyyədə yerinə yetirildiyini deyərək, hazırda Azərbaycanın dünyanın əksər ölkələrinə müxtəlif adda məhsullar ixrac etdiyini və bu işləri görən insanların məhz intellektual kapitala qoyulan sərmayə nəticəsində inkişaf etdiklərini bildirib.
 
Tədbirdə iştirak edən İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, bələdiyyələrin ictimai-siyasi və humanitar sektor rəhbərləri, icra hakimiyyəti başçısının İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, Yeni Azərbaycan Partiyası rayon təşkilatının fəal gəncləri, rayon məktəbliləri iqtisadçı alimə suallar ünvanlayıb və ətraflı cavablar alıblar.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat Xidməti
Tarix: 05.04.2018

Son xəbərlər