Şamaxı Astrofizika Rəsədxanasında mühazirə


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının birgə təşkilatçılığı ilə Şamaxı rayonu Sabir qəsəbə və Y.Məmmədəliyev adına Pirqulu qəsəbə tam orta məktəblərinin müəllim və şagird kollektivləri, Pirqulu  istirahət mərkəzinin sakinləri üçün 12 aprel Kosmonavtika Günü münasibətilə tədbir keçirilib.

Fondun Şamaxı rayonu üzrə nümayəndəsi Gülnurə Babaşova Astrofizika Rəsədxanasında keçirilən tədbiri giriş sözü ilə açaraq, təmsil etdiyi qurumun fəaliyyətindən danışıb.

Tədbirdə AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında astronomiya elmləri üzrə fəlsəfə doktoru Orxan Xəlilov “Azərbaycan astronomiyası: keçmişdə və bu gün” mövzusunda mühazirə ilə çıxış edib.

Alim astronomiya elminin inkişaf tendensiyasından söz açaraq, əldə olunan nəaliyyətləri diqqətə çatdırıb və müsbət nəticələr barədə məlumat verib.

Tədbirdə iştirakçıların sualları cavablandırılıb. 

Tarix: 12.04.2018

Son xəbərlər