"Sağlam müəllim-şagird münasibətləri günün tələbidir"


Aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Tibbi maarifləndirmə" proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində İSİM-in psixoloqu Nərmin Mirzəyevanın iştirakı ilə "Sağlam müəllim-şagird münasibətləri günün tələbidir" mövzusunda maarifləndirici mühazirəsi təşkil olunub.

Fondun Beynəlxalq layihələr sektorunun məsləhətçisi Aytən Xubanova tədbiri giriş sözü ilə açaraq, təmsil etdiyi qurumla İSİM arasında imzalanan sazişə uyğun olaraq, həyata keçirilən layihələrdən danışıb.

Məktəb kollektivi qarşısında çıxış edən N.Mirzəyeva böyüməkdə olan nəslin sağlam tərbiyə olunmasında öncə tədris müəssisələrinin, daha sonra  müəllimlərin başlıca vəzifələrini sadalayıb.

Müəllim-şagird davranışlarının düzgün qurulmasının şagird şəxsiyyətinin hərtərəfli formalaşmasına, dinləyicilərin təlimə maraq göstərməsinə təsir edən amillərdən olduğunu vurğulayan psixoloq metodist müəllimləri bu mövzularda diqqətli olmağa çağırıb.

N. Mirzəyeva kobud davranışa və zorakılıq hallarına yol verən müəllimlərin qanunla cəzalana biləcəklərini də xatırladıb.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, auditoriyanı maraqlandıran suallar cavablandırılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

 

 

Tarix: 16.04.2018

Son xəbərlər