Bilik Fondunun təcrübəçiləri Xarici İşlər Nazirliyinin əməkdaşı ilə görüşdülər


Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Xarici İşlər Nazirliyinin Regional təhlükəsizlik idarəsinin əməkdaşı Natiq Baxışovun Fondda istehsalat təcrübəsi keçən tələbələrlə görüşü olub.
 
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər, Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturalogiya fakültələrində təhsil alan tələbələrinin işttirakı ilə keçirilən görüşdə XİN əməkdaşı mühazirə deyib.
 
N.Baxışov regional münaqişələrin yaranma səbəbləri, tarixi aspektləri, qarşıdurmalara beynəlxalq təşkilatlar tərəfindən verilən hüququ, siyasi qiymətlər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, münaqişənin hazırkı vəziyyəti, regionda yaşanan ümumi gərginliyin fəsadları barədə şərhlər verib.
 
Sonda tələbələrin sualları cavablandırılıb.
 

Azərbaycan Respublikası Prezidenti yanında
Bilik Fondunun Mətbuat Xidməti
Tarix: 25.04.2018

Son xəbərlər