“Zəkası ilə Azərbaycanı nurlu gələcəyə aparan düha”


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Binəqədi rayon İcra Hakimiyyətinin inzibati binasında AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanovun Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Zəkası ilə Azərbaycanı nurlu gələcəyə aparan düha” mövzusunda mühazirəsi keçirilib.
 
Tədbiri giriş sözü ilə açan Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov Ulu öndərin Azərbaycanın dövlət müstəqilliyinin bərpası, onun daimi və əbədi olması istiqamətində gördüyü işlərdən danışıb, Misir Mərdanovu uzun müddət Ulu öndərlə bir dövrdə çalışmış elm və təhsil işçisi kimi tədbir iştirakçılarına təqdim edib.
 
Tədbirdə “Zəkası ilə Azərbaycanı nurlu gələcəyə aparan düha” mövzusunda məruzə ilə çıxış edən M.Mərdanov hələ Sovet hakimiyyəti dövründə Ümummilli liderin uzaqgörənliklə gələcəkdə müstəqil olacaq Azərbaycan üçün yerli kadrların hazırlanması istiqamətində gördüyü işlərdən danışıb. Natiq Ulu öndərin böyük təzyiqlərə məruz qalmasına baxmayaraq, ölkədə hərbi liseyin yaradılması, Azərbaycan dilinin Azərbaycan SSR Konstitusiyasına dövlət dili kimi salınmasına nail olmasından danışıb, onun iqtisadi təmələ söykənmiş və dünya birliyi tərəfindən qəbul edilmiş müstəqilliyimizin memarı olduğunu vurğulayıb.
 
Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşlarının, rayon ərazisində fəaliyyət göstərən bələdiyyə üzvlərinin və YAP fəallarının iştirak etdiyi tədbirin sonunda məruzəçi iştirakçıların suallarını cavablandırıb.
 
Azərbaycan Respubliaksının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 10.05.2018

Son xəbərlər