"Azərbaycan Xalq Cümhuriyyəti - 100" mühazirə Əməliyyat Şirkətində təşkil olundu


Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə “Bahar Energy operating Company Limited” Əməliyyat Şirkətində "Azərbaycan Xalq Cümhuriyyəti - 100" mövzusunda maarifləndirici tədbir keçirilib.
 
Mayın 22-də keçirilən tədbirdə Bilik Fondunun sektor müdiri Rauf Həsənov, İcra Hakimiyyəti başçısının Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşı Rəfiqə Məmmədova, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru, filologiya elmləri doktoru Alxan Məmmədov, "Bahar Energy operating Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin vitse-prezidenti Elşad Həsənov və şirkətin kollektivi iştirak ediblər.
 
Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş sənədli filmin nümayişindən sonra Bilik Fondunun mühazirəçisi A.Məmmədov “Azərbaycan Xalq Cümhuriyyəti dövründə sosial-siyasi vəziyyətin tənzimlənməsi məsələləri” mövzusunda mühazirə ilə çıxış edib. Şanlı tarix yaradanları hörmət hissi ilə anan mühazirəçi o dövrdə yaşanan siyasi hadisələrdən danışıb.
 
Mühazirəçi iştirakçıları maraqlandıran çoxsaylı sualları cavablandırıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 22.05.2018

Son xəbərlər