Bilik Fondu Mərdəkanda “Cümhuriyyət – 100” mövzusunda tədbir keçirib


2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu silsilə maarifləndirici tədbirlər həyata keçirir.

Növbəti belə maarifləndirici tədbir Bilik Fondunun təşkilatçılığı ilə Xəzər rayonu Mərdəkan qəsəbəsi S.Rüstəm adına Xarici Dillər təmayüllü Gimnaziyada baş tutub. Tədbiri məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Mustafayeva açaraq qonaqları salamlayıb tədbirin mahiyyətindən söhbət açıb. Sonra Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı Fondun Cümhuriyyət tariximizlə bağlı keçirdiyi tədbirlərdən və o dövrü fəxrlə öyrənib təbliğ etməli olduğumuzdan danışıb.

Bilik Fondunun mühazirəçisi, “ARB Aranfilm”in bədii rəhbəri Tahir Tahiroviç “Azərbaycan Cümhuriyyəti-100” mövzusunda tədbir iştirakçılarına ətraflı məlumat verib. Cümhuriyyət liderlərinin müstəqillik yolundakı fədakarlıqlarından söhbət açan natiq onların hər biri haqqında qısa arayış təqdim edib. Mühazirədən sonra tədbir iştirakçısı olan yuxarı sinif şagirdlərinin fikir və mülahizələri dinlənilib.

Sonda Cümhuriyyət liderlərindən olan Əlimərdan bəy Topçubaşovdan bəhs edən “Parisdən məktublar” sənədli filmi nümayiş olunub.

 

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun Mətbuat xidməti

Tarix: 23.05.2018

Son xəbərlər