“İcbari tibbi sığorta sistemi, təminatlar və istisnalar zərfləri” mövzusunda mühazirə


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşəbbüsü və təşkilatçılığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 28 sentyabr tarixində Mingəçevir şəhər Texniki humanitar təmayüllü liseyində icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar şəhər sakinləri ilə “İcbari tibbi sığorta sistemi, təminatlar və istisnalar zərfləri” mövzusunda görüş keçirib.

Tədbirdə Agentliyin əməkdaşı, Səhiyyənin İşinin Təşkili Departamenti Tibb müəssisələri və regionlarla iş şöbəsinin müdiri Sadiq Mədətov icbari tibbi sığortanın əhəmiyyəti və üstünlükləri haqqında təqdimatla çıxış edib. O, tədbir iştirakçılarına icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlər, baza zərfi çərçivəsində təminat verilən 1829 adda tibbi xidmətlər haqqında ətraflı məlumat verib. Bildirilib ki, pilot layihə çərçivəsində təminat verilən tibbi xidmətlərdən 480-i ambulator, 677-si stasionar, 6-sı təcili və təxirəsalınmaz, 18-i ilkin səhiyyə, 23-ü isə fizioterapevtik tibbi xidmətlərə aiddir, həmçinin, 459 laborator müayinəyə və 166 həyati vacib, dəyəri yüksək xidmətlərə təminat verilir.

Tədbirin sonunda Agentliyin əməkdaşı auditoriyanı maraqlandıran sualları ətraflı cavablandırıb.

 

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun Mətbuat xidməti

Tarix: 28.09.2018

Son xəbərlər