Hərbi liseydə tütünçəkmənin mənfi təsirləri mövzusunda təlim oldu


Martın 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Tibbi maarifləndirmə" proqramı çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-mütəxəssisi Şəhla Mirzəzadənin Cəmşid Naxçıvanski adına Hərbi Liseydə "İkincili tütünçəkmənin insan orqanizminə mənfi təsiri" mövzusunda tibbi maarifləndirici mühazirəsi təşkil olunub.
 
Bilik Fondunun Beynəlxalq layihələr sektorunun məsləhətçisi Aytən Xubanova Fondun İSİM-lə birgə gördüyü işlər barədə tələbələrə geniş məlumat verib.
 
Həkim-mütəxəssis 400 nəfər kursatın iştirak etdiyi tədbirdə tütünçəkmə, onun zərərləri, yaranan xəstəliklər, ikincili tütünçəkmənin insan orqanizminə mənfi təsiri, siqaretin tərkibindəki zərərli maddələr, zərərli vərdişdən imtina etməyin yolları və üstünlükləri, ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlər haqqında geniş söhbət açıb.
 
Tədbirin sonunda iştirakçılara İSİM tərəfindən hazırlanan maarifləndirici materiallar paylanıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 15.03.2018

Son xəbərlər