Altı bölgənin gənclərinə tütünçəkmənin zərərli təsirləri izah olundu - videokonfrans


Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Tibbi maarifləndirmə" proqramı çərçivəsində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Elektron Hökumət” Təlim-Tədris Mərkəzində İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-mütəxəssisi Lətafət Dadaşovanın iştirakı ilə “Tütünçəkmənin qanunvericiliklə qadağan olunduğu yerlər” mövzusunda videokonfrans keçirib.

 
Videokonfransda Bakı gəncləri ilə yanaşı, Mingəçevir, Şəki, Zaqatala, Qazax və Göyçaydan olan gənclər də iştirak ediblər.
 
Tədbiri Fondun Beynəlxalq layihələr sektorunun məsləhətçisi Aytən Xubanova açaraq, təmsil etdiyi qurumla İSİM arasında imzalanan sazişə uyğun olaraq həyata keçirilən layihələrdən və “Elektron Hökumət” Təlim-Tədris Mərkəzində təşkil olunan görüşlərdən danışıb.
 
Həkim-mütəxəssis tədbirdə tütünçəkmə, onun zərərləri, tütünçəkmə nəticəsində yaranan xəstəliklər, siqaretin tərkibindəki zəhərli maddələr, pis vərdişlərdən imtina etməyin yolları və üstünlükləri barədə məlumat verib.
 
L.Dadaşova qanunvericiliklə qadağan olunan məkanlarda siqaret çəkən şəxsə verilən cəzaların növlərindən və belə yerlərdə tütündən istifadənin qadağan edilməsinin səbəblərindən söz açıb.
 
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və maarifləndirici materiallar paylanılıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 17.05.2018

Son xəbərlər