Gənclər “Sağlam olmaq güclü olmaq deməkdir” mövzusunda mühazirə dinlədilər


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı şəhərinin Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İcra Hakimiyyətinin inzibati binasında “Sağlam olmaq güclü olmaq deməkdir” mövzusunda tədbir keçirilib.
 
Bilik Fondunun “Tibbi maarifləndirmə” proqramı çərçivəsində keçirilən tədbirdə rayonun Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli İdarəsinin leytenantı Rəşad Bağırlı və hərbi çağırışçılar iştirak ediblər.
 
Fondun məsləhətçisi Aytən Xubanova tədbiri giriş sözü ilə açaraq, təmsil etdiyi qurumun “Tibbi maarifləndirmə” proqramı çərçivəsində həyata keçirdiyi layihələrdən danışıb.
 
Gənclər və İdman İdarəsinin rəisi N.Novruzov və leytenant R.Bağırlı “Azərbaycan Xalq Cümhuriyyəti İli”ndə Milli Ordumuzun 100-cü ildönümünün qeyd olunacağını xatırladaraq, gənclərin fiziki sağlamlığının və hazırlıq dərəcəsinin ordu quruculuğunda önəmindən bəhs ediblər.
 
Azərbaycan Tibb Universitetinin professoru Bilal Əsədov və dosent Səidə Xanməmmədova gənclərlə tibbi maarifləndirici söhbət aparıblar.
 
Gənc çağırışçılara depressiya, fəsadları və ondan çıxış yolları, sağlam həyat tərzi, zərərli vərdişlər və onlardan qorunmağın yolları haqqında geniş məlumat verilib.
 
Sonda mövzu ətrafında müzakirələr aparılıb, auditoriyanı maraqlandıran suallar cavablandırılıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 14.06.2018

Son xəbərlər