“Hamı üçün İKT” sosial layihəsi uğurla davam edir


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Elektron Hökumət Təlim-Tədris Mərkəzinin birgə təşkilatçılığı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə "Hamı üçün İKT" sosial layihəsi uğurla davam edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində bu dəfə iştirakçılara "Microsoft Office Word" proqramı ödənişsiz olaraq peşəkar səviyyədə tədris olunub.

Layihə əhalinin aztəminatlı təbəqəsi - qaçqın və məcburi köçkün, şəhid ailələrinin üzvləri, sağlamlıq imkanları məhdud olan şəxslər üçün nəzərdə tutulub.

Təlim Bakı şəhərində Elektron Hökumət Təlim-Tədris Mərkəzində və həmçinin onlayn formada Gəncə, Lənkəran, İmişli, Şirvan, Şamaxı şəhər və rayonlarının Elektron Hökumət Təlim-Tədris mərkəzlərində keçirilib.

Təlimdə mənimsənilən biliklərin səviyyəsinə görə dinləyicilərə Bilik Fondu və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sertifikatları veriləcək.

Tarix: 29.06.2018

Son xəbərlər