“Şərq dünyasında Novruz”


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda istehsalat təcrübəsi keçən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Fondun Yasamal rayonu üzrə nümayəndəsi Firəngiz Həsənovanın rəhbərlik etdiyi 53 nömrəli tam orta məktəbdə “Şərq dünyasında Novruz” adlı tədbir keçiriblər. Təcrübəçi tələbələr Şəms Balabəyova, Ülkər Nuri, Ləman Quliyeva hazırladıqları təqdimatda məktəblilərə qədim Novruz adətləri, Novruz bayramının tarixi və ritualları, Şərq ölkələrində baharın gəlişi ilə bağlı milli bayramlar barədə geniş məlumat veriblər. Fəal şagirdlərə Bilik Fondu adından kitablar hədiyyə edilib.
 
Təcrübəçi tələbələr Bilik Fondunun Nəsimi rayonu üzrə nümayəndəsi Sevinc Budaqovanın rəhbərlik etdiyi 46 nömrəli tam orta məktəbdə keçirilən Novruz şənliyində də hazırladıqları təqdimatla çıxış ediblər. Tədbirdə Amerika Yəhudiləri Yardım Təşkilatının sədr müavini Rav Zamir İsayev, məktəbin direktoru Sevinc Budaqova çıxış edərək bildiriblər ki, minilliklərlə yaşı olmasına baxmayaraq, Novruz bayramının ənənələri bu gün də araşdırılır, öyrənilir və gələcək nəsillərə ötürülür.
 
Fondun məsləhətçisi Elnarə Ağaoğlu Novruzun artıq beynəlxalq bir bayrama çevrildiyini və qədim ənənələri özündə yaşatdığını vurğulayıb. O deyib ki, milli bayramımız Novruz təbiətin oyanışını, yazın gəlişini bildirməklə yanaşı, insanlara nikbin əhval bəxş edir.
 
“Beynəlxalq münasibətlər” ixtisası üzrə Bilik Fondunda təcrübə keçən tələbələrin hazırladıqları “Şərq dünyasında Novruz” adlı təqdimatda baharın gəlişi ilə bağlı Türkiyə, İran, Suriya, Əfqanıstan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Çin və digər ölkələrdə ənənəvi bayramlar haqqında geniş məlumat verilir.
 
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 19.03.2018

Son xəbərlər