Gənc yazar Nardaran Bilik Evinin qonağı olub


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində növbəti tədbir Nardaran Bilik Evinin təşkilatçılığı ilə keçirilib. Gənc yazar Zaur Pənahov Sabunçu rayonu Nardaran qəsəbəsi 295 nömrəli tam orta məktəbin qonağı olub.
 
Tədbiri məktəbin direktoru, Bilik Evinin müdiri Dilarə Cəbrayılova açaraq qonağı məktəblilərə və müəllimlərə təqdim edib. D.Cəbrayılova mütaliənin insanın mənəvi aləminin formalaşmasına, dünyagörüşünün hərtərəfli inkişafına danılmaz təsir göstərdiyini diqqətə çatdırıb.
 
Gənc yazar Zaur Pənahov ədəbiyyatsevərlərə yaradıcılığı barədə məlumat verib. Fantastik janrda qələmə aldığı “Qaranlıq Günəş” adlı kitabın mövzusundan danışıb.
Sonda yazar məktəblilərin ona ünvaladığı sualları cavablandırıb, yeniyetmələrə və gənclərə ədəbiyyatla, mütaliə ilə bağlı tövsiyələrini verib.
 
Azərbaycan Respublikası Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 23.10.2018

Son xəbərlər