Qarabağ Regional Bilik Evi şəhid Əli Vəliyevin anım gününü qeyd edi


Qarabağ Regional Bilik Evi Tərtər Rayon İcra hakimiyyəti və Seydimli kənd körpələr evi-uşaq bağçası ilə birgə şəhid Əli Vəliyevin adını daşıyan kənd bağçasında onun anım gününü qeyd ediblər. Tədbirə şəhidin ailəsi və doğmaları ilə birgə kənd sakinləri də qatılıblar.
 
Şəhidin xatirə lövhəsinin qarşısına gül-çiçək dəstələri qoyulduqdan sonra Seydimli kənd körpələr evi-uşaq bağçasının müdiri Hicran Hüseynova tədbirə gələnləri salamlayaraq, şəhid Əli Vəliyevin həyatı və keçdiyi döyüş yolundan danışıb. Qeyd olunub ki, Əli Vəliyev 1992-ci ildə könüllü olaraq Milli Ordu sıralarına daxil olub, həmin il iyunun 13-də Ağdərə rayonunun kəndləri uğrunda gedən şiddətli döyüşlərdə ağır yaralanıb və şəhid olub.
 
Tədbirdə Seydimli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Elxan Hüseynov, Qarabağ Regional Bilik Evinin mütəxəssisi İradə Əkbərli, şəhidin ailə üzvləri çıxış edərək öz ürək sözlərini bildiriblər. Sonra balaca fidanlar Vətənə, anaya, şəhidlərə aid şeirlər söyləyiblər.
 
Qarabağ Regional Bilik Evi Seydimli kənd körpələr evi-uşaq bağçasına və şəhidin ailəsinə Tərtər şəhidlərindən bəhs edən “Şəhidlər ölmürlər” adlı kitab hədiyyə edib.
 
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru
Tarix: 19.06.2017

Son xəbərlər