Qarabağ Regional Bilik Evində ağsaqqallarla gənclərin görüşü keçirilib


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə Tərtər rayonunda fəaliyyətə başlamış Qarabag Regional Bilik Evinin təşəbbüsü ilə rayonun Heydər Əliyev Mərkəzində “Gənclik və zaman” mövzusunda tədbir keçirilib. Tədbirə rayonun bir sıra idarə və müəsisələrində çalışan gənclər, yerli ziyalılar, eləcə də yaşlı nəslin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan rayon Agsaqqallar Şurasının sədri Qədir Allahverdiyev görüşün “Cənclik və zaman” adlandırılmasının heç də təsadüfi olmadığını qeyd edərək bildirib ki, Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyev daim çıxışlarında gənclərin bizim gələcəyimiz olduğunu xüsusilə vurğulamışdır.

Tədbirdə milli-mənəvi dəyərlərimizdən, milli adət və ənənələrimizə hörmət və məhəbbətdən, vətən və torpaq sevgisindən, onların qorunmasında gənclərin rolundan, müasir dövrümüzdə elmin və mədəniyyətin inkişafından,  düşmənlərlə mübarizədə siyasi sayıqlığımızın artırılmasından, gənclərin vətənə məhəbbət ruhunda tərbiyə edilməsindən və digər aktual mövzularda geniş söhbət aparılıb.

Gənclərlə görüşdə ixtisasca mühəndis, Tərtər şəhərinin abadlaşdırılmasında böyük əməyi olan İlyas Quliyev, əmək veteranı, Sovet dönəmində daim başqalarına nümunə göstərilən, Qırmızı Əmək Bayrağı və Şərəf Nişanı Ordenli Süleyman Quliyev, Ağsaqqalar Şurası Idarə Heyətinin üzvü, uzun müddət Tərtər Elektromexnika zavodunun direktoru vəzifəsində çalışmış Rauf Həsənzadə, Rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov,  Heydər Əliyev Mərkəzinin müdiri Səlimə Yusibova, Rayon Polis Veteranlar Şurasının sədr müavini Həsənağa Bayramov, Təhsil Şöbəsinin nümayəndəsi İntiqam Nuruyev çıxış edərək müvafiq mövzularla bağlı fikirlərini bildiriblər.

Qarabağ Regional Bilik Evinin aparıcı mütəxəssisi İradə Əkbərli cıxış edərək, agsaqqallara və gənclərə öz dəyərli vaxtlarını ayırdıqları ücün minnətdarlığını bildirib və onlara  Qarabağ Regional Bilik Evinin kitab hədiyyətlərini təqdim edib.

 

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun Qarabağ Regional Bilik Evi

Tarix: 31.07.2017

Son xəbərlər