Qarabağ Regional Bilik Evi məktəbliləri təbrik etdi


Sentyabrın 15-də Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rəhbərliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Qarabağ Regional Bilik Evinin nümayəndələri, Qarabağ müharibəsi veteranları Tərtər rayonunun ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması münasibətilə kecirilən təntənəli mərasimlərdə iştirak ediblər.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Qarabağ Regional Bilik Evinin direktoru Gülarə Əkbərova, aparıcı-mütəxəssis İradə Əkbərli təhsil işçilərini və şagirdləri təbrik edərək, onlara təhsildə uğurlar arzulayıblar.
 
 
İcra başçısı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən milli təhsilimizə yüksək səviyyədə diqqət və qayğı göstərilir. Heydər Əliyev Fondu tərəfindən yeni məktəblər, uşaq evləri, liseylər tikilir, məktəblərin maddi-texniki bazası gücləndirilir. Təhsilə göstərilən böyük qayğı nəticəsində uğurlar artan xəttlə davam edir.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru
Tarix: 15.09.2017

Son xəbərlər