Qarabağ Regional Bilik Evi Bilik Fondunun “Oxuyaq, oxudaq” aksiyasına qoşulub


Azərbaycan Respublkasının Prezidenti yanında Bilik Fondu artıq ikinci ildir ki, “İl boyu bilik” proqramı çərçivəsində “Oxuyaq, oxudaq” aksiyası keçirir. Aksiyanın məqsədi müxtəlif sahələrdə çalışan insanlara, sadə peşə sahiblərinə kitab hədiyyə etməklə əhalidə kitaba maraq yaratmaqdır.

Tərtər rayonunda fəaliyyət göstərən Qarabağ Regional Bilik Evinin mütəxəssisi İradə Əkbərlinin təşkilatçılığı ilə könüllülər “Oxuyaq, oxudaq” aksiyasına qoşulublar.

Tərtərli yazar Svetlana Əzizova öz şəxsi kitabxanasından Bilik Evinə 50 kitab hədiyyə edib. İki gün-19-20 sentyabr tarixlərdə keçirilən aksiyada Bilik Evinin könüllüləri tərəfindən həmin kitablar müxtəlif məkanlarda rayon sakinlərinə paylanılıb. 

“Oxuyaq, oxudaq” aksiyası rayon ziyalılarında maraq oyadıb, yerli yazar şair-puplisist Tofiq Yusif, Qədir Tərtərli, şəxsi kitabxanasında 12 mindən çox kitab olan Rauf Həsənzadə də bu aksiyaya qoşulublar. Gələn həftə “Oxuyaq, oxudaq” aksiyası yerli yazarlardan ibarət könüllülərin Bilik Evinə hədiyyə etdikləri kitablarla davam etdiriləcək.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 21.09.2017

Son xəbərlər