Tərtər ziyaliları Qarabağ Regional Bilik Evinin keçirdiyi “Oxuyaq, oxudaq” aksiyasına qoşulublar


Qarabağ Regional Bilik Evi Azərbaycan Respublkasının Prezidenti yanında Bilik Fondunun “İlboyu bilik” proqramı çərçivəsində “Oxuyaq, oxudaq” aksiyasını davam etdirir. İknci həftədir ki, keçirilən tədbirlər silsiləsinə bu dəfə Tərtər rayon ziyalıları qoşulublar. 

Şair-publisist Tofiq Yusif, şəxsi kitabxanasında 12 mindən çox kitab olan Rauf Həsənzadə də Bilik Evinə kitab hədiyyə ediblər. İki gün-27-28 sentyabr tarixlərdə keçirilən aksiyada yerli ziyalılar və gənclər iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat Xidməti
Tarix: 28.09.2017

Son xəbərlər