Qarabağ Regional Bilik Evində qalib idmançıyla görüş oldu


Bolqarıstanın Albena şəhərində yeniyetmə boksçular arasında keçirilən, 32 ölkədən 260 boksçunun qatıldığı Avropa birinciliyində bürünc medala layiq görülən Tərtər rayon sakini Murad Allahverdiyev və yarışda iştirak edən onun yerlisi Elşən Cəbizadə Qarabağ Regional Bilik Evinin qonağı olublar.
 
Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov gənc idmançını qazandığı qələbəyə görə təbrik edərək, onu qiymətli hədiyyələr verib.
 
Avropa birinciliyində fəxri kürsünün 3-cü pilləsinə yüksələn idmançıya və onun məşqçisinə Bilik Evi tərəfindən kitablar bağışlanıb.
 
75 kiloqram çəki dərəcəsində çıxış edən Murad Allahverdiyev birinci döyüşdə Moldovadan, ikinci döyüşdə isə Çexiyadan olan idmançılara qalib gəlib. Dörddəbir finalda erməni idmançını məğlub edən Murad yarımfinalda Bolqarıstandan olan boksçuya məğlub olaraq, üçüncü yerlə kifayətlənib. Muradın məşqçisi Tərtər rayon Uşaq Gənclər İdman Məktəbinin müəllimi Faiq Məmmədovdur.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat Xidməti
Tarix: 29.09.2017

Son xəbərlər