Ulu Öndərin xatirəsi Qarabağ Regional Bilik Evində yad edildi


Dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Qarabağ Regional Bilik Evi Tərtər rayonu Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirib.
 
Tədbir iştirakçıları Ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, Heydər Əliyevin həyat və fəalliyyətini əks etdirən eksponatlarla tanış olublar.
 
Təhsil müəssisələrinin müəllim və şagird kollektivinin iştirakı ilə "Dəyirmi masa" formatında keçirilən tədbiri giriş sözü ilə Qarabağ Regional Bilik Evinin direktoru Gülarə Əkbərova açaraq, Ümummilli liderin həyat və fəaliyyəti barədə geniş məruzə söyləyib.
 
Bildirib ki, məhz Ulu öndər Heydər Əliyevin həlledici bir məqamda respublikamızda hakimiyyətə gəlişi Azərbaycanın müasir tarixinin şərəfli səhifələrinin yazılmasına və ölkəmizin müstəqilliyinin əbədiliyinə hərtərəfli zəmin yaratdı.
G.Əkbərova Ulu öndərin ictimai-siyasi fəaliyyətinin əsas məqamlarını faktlar əsasında xronoloji ardıcıllıqla diqqətə çatdırıb.
 
Ulu öndərin adını daşıyan Heydər Əliyev Fondunun həyata keçiridiyi layihələrdən söz açan Qarabağ Regional Bilik Evinin direktoru bildirib ki, Fond fəaliyyətində Heydər Əliyev ucalığını başlıca meyar seçib.
 
Tədbirdə məktəblilər Umummilli liderə həsr edilmiş mahnılar oxuyub, şeirlər söyləyiblər. Sonda Ulu öndərə həsr olunmuş film nümayiş olunub.
 
Azərbaycan Respublikası Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 12.12.2017

Son xəbərlər