Qarabağ Regional Bilik Evinin rəhbəri azyaşlılarla görüşüb


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Qarabağ Regional Bilik Evinin rəhbəri Gülarə Ələkbərova Tərtər şəhər 2 nömrəli məktəb-liseydə məktəbəqədər hazırlıq qruplarının ilk dərs günündə uşaqlar və valideynlərlə görüşüb. G.Ələkbərova tədbir iştirakçılarını Bilik Fondu adından salamlayıb, Fondun və Qarabağ Regional Bilik Evinin fəaliyyəti, maarifləndirmə istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumatlandırıb. Müəllimlərə və valideynlərə səbir, uğur arzulayan Bilik Evinin rəhbəri hazırlıq qruplarının iştirakçılarına çalışqan, nizam-intizamlı olmağı, biliklərə dərindən yiyələnməyi tövsiyə edib.
 
Öyrənməyə həvəsli olan azyaşlılar siniflərdə bayram əhval-ruhiyyəsi ilə qarşılanıblar.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 03.10.2018

Son xəbərlər