Tərtər müəllimləri Bilik Fondu tərəfindən təltif olundular


5 oktyabr- Beynəlxalq Müəllimlər Günü münasibətilə paytaxtda və rayonlarda silsilə tədbirlər keçirilib. Bilik Fondunun bölgələrdə fəaliyyət göstərən Bilik evləri də bu tədbirlərin təşkilatçısı qismində çıxış ediblər.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Qarabağ Regional Bilik Evi və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Rayon Mədəniyyət Evində 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. Rayonun təhsil ictimaiyyətinin, fəalların, yerli gənclərin toplaşdığı tədbiri Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açıb.
 
M.Məmmədov ömrünü-gününü gənc nəslin təlim-tərbiyəsinə, onların vətənə, millətə layiqli vətəndaş, savadlı, peşəkar mütəxəssis kimi yetişməsinə həsr edən şərəfli peşə sahiblərinin fəaliyyətinin Ümummilli liderimiz Heydər Əliyev tərəfindən yüksək dəyərləndirildiyini deyib. İcra başçısı ölkəmizdə müəllimlərin, təhsil işçilərinin maddi-mənəvi rifahının yaxşılaşdırılması üçün dövlət səviyyəsində atılan addımlardan danışıb, fərqlənən müəllimlərə Bilik Fondunun “Tərifnamə”lərini təqdim edib.
 
Mükafata layiq görülən müəllimlər öz peşələrinin məsuliyyətini dərindən dərk etdiklərini, gələcəyin qurucuları olan gənclərimizin cəmiyyətdə öz yerini tutması naminə bundan sonra da əzmlə çalışacaqlarını söyləyiblər.
 
Sonra Qarabağ Regional Bilik Evinin müdiri Gülarə Əkbərova Fondun fəaliyyəti, həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib və təltif edilən müəllimləri ürəkdən təbrik edib.
 
İcra başçısı regionlarda fəaliyyət göstərən müəllimləri diqqətdən kənarda qoymadığına görə Bilik Fonduna təşəkkürünü bildirib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 05.10.2018

Son xəbərlər