Qarabağ Regional Bilik Evi hərbçilərimizlə görüşüb


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “İl boyu bilik” proqramı çərçivəsində Tərtər rayonundakı “N” saylı hərbi hissədə keçirilən “Açıq qapı” günündə Qarabağ Regional Bilik Evinin əməkdaşları Milli Ordunun zabit və əsgərləri, onların valideynləri ilə görüşüblər. Hərbçilərimizə Bilik Fondunun proqram və layihələri, həmçinin, Qarabağ Regional Bilik Evinin bölgədəki fəaliyyəti barədə geniş məlumat verilib.
 
Bilik Evinn müdiri Gülarə Əkbərova əsgərləri Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə təbrik edib, “Dünya azərbaycanlılarını birləşdirən azərbaycançılıq ideologiyası” mövzusunda mühazirə ilə çıxış edib. Bildirilib ki, azərbaycançılıq ideologiyasının yaranması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimizin Azərbaycan Respublikasının Prezidenti kimi rəsmi və işgüzar səfərləri çərçivəsində xaricdə yaşayan azərbaycanlılarla görüşməsi, onların fəaliyyətləri ilə tanış olması, soydaşlarımızı Azərbaycanda investisiya layihələrində iştirak etməyə dəvət etməsi bunun bariz nümunəsidir. Diaspor nümayəndələri ilə görüşmək, onların Azərbaycana səfərlərini təşviq etmək ənənəsinin əsasını qoyan ilk dövlət başçımız məhz Ulu öndər Heydər Əliyev olub. Azərbaycançılıq ideologiyasının kökündə Vətəninə, xalqına, milli-mənəvi dəyərlərinə sadiqliyin dayandığını vurğulayan G.Əkbərova hər bir vətəndaşımızın bu istiqamətdə fəal olmasının vacibliyini vurğulayıb.
 
Tədbir hərbçilərimizin suallarının cavablandırılması ilə başa çatıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat Xidməti
Tarix: 31.12.2018

Son xəbərlər