Astara Bilik Evinin direktoru Bilik Fondunda oldu


Astara Rayon İcra Hakimiyyəti başçısının müavini, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Astara Bilik Evinin rəhbəri Yasəmən Rəsulova Fondun qonağı olub.

Yasəmən Rəsulova Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və əməkdaşlarla görüşüb. Görüşdə yeni açılan Astara Bilik Evinin fəaliyyət planı ətrafında müzakirələr aparılıb, həyata keçiriləcək təlimlərlə bağlı ilkin razılaşmalar əldə olunub.

Yasəmən Rəsulova Astara Bilik Evinin yüksək səviyyədə fəaliyyətinin təşkili, əhalinin Bilik Fondu nizamnaməsi çərçivəsində maarifləndirilməsi istiqamətində səylə çalışacaqlarını bildirib.

Oktay Səmədov Astara Bilik Evinin fəaliyyətinə uğurlar arzulayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru
Tarix: 20.05.2017

Son xəbərlər