Müstəqilliyimiz əbədidir


Astara Rayon İcra Hakimiyyəti, Heydər Əliyev Mərkəzi və Bilik Evinin birgə təşkilatçılığı ilə 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqiliyi gününə həsr olunmuş tədbir keçirilib.

Heydər Əliyev Mərkəzində keçirilən tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyəti başçısının müavini Yasəmən Rəsulova açaraq, müstəqillik tariximiz haqqında iştirakçılara məlumat verib. Y.Rəsulova onu da vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və inkşaf etdirilir. Sonra “18 oktyabr - Dövlət Müstəqilliyi günü” adlı filim nümayiş olunub.
 
Tədbirdə Astara Rayon İcra Hakimiyyətinin məsul işçisi Elşad Axundov, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Firudin Əhmədov, Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov, Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Astara Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Tural Eyvazov, Rayon Təhsil şöbəsinin Metodmərkəzinin direktoru Emin Fətəliyev çıxış ediblər.
 
Bildirilib ki, Ümummilli liderin dövlət müstəqilliyinin möhkəmlənməsinə yönələn siyasəti bu gün də uğurla həyata keçirilir. Ötən illərdə sosial-iqtisadi, eləcə də humanitar sahələrdə əldə edilmiş nailiyyətlər Azərbaycanın müstəqil dövlət kimi gücünü nümayiş etdirir.
 
18 oktyabr – Dövlət Müstəqilliyi gününə həsr olunmuş daha bir tədbir İsmayıllı Bilik Evi və İsmayıllı Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə keçirilib. Tədbiri Sistemin Xidmət şöbəsinin direktoru Səbirə Seyidova açaraq bu günün Azəbaycan tarixində önəmindən danışıb.
 
İsmayıllı Bilik Evinin müdiri Sevinc Novruzova müstəqilliyimizin 26-cı ildönümü münasibəti ilə tədbir iştirakçılarını təbrik etdərək “Müstəqilliyimiz əbədidir” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, 1991-ci ildə Sovetlər birliyinin dağılması nəticəsində Azərbaycan xalqı öz müstəqilliyini yenidən bərpa edib. Həmin il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktını qəbul edib.
 
Sonra MKS-nin direktoru Könül Baxışova, multimedia mütəxəssisi Aytəkin Dəmirova çıxış edərək Ümummilli lider Heydər Əliyevin müstəqilliyin əldə edilməsində əvəzsiz rolunundan bəhs ediblər. Sonda Müstəqilllik gününə həsr olunmuş videoçarx nümayiş edilib.
 
Şəmkir Bilik Evi, Şəmkir Heydər Əliyev Mərkəzi və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Nizami Gəncəvi adına tam orta məktəbində 18 oktyabr – Dövlət Müstəqilliyi gününə həsr edilmiş şeir müsabiqəsi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Şəmkir rayonu üzrə nümayəndəsi Eyvaz Vəliyev, Rayon Təhsil Şöbəsinin metodisti İlhamə İbrahimova, ümumtəhsil məktəblərinin müəllim və şagirdləri iştirak ediblər. Müsabiqədə ümumilikdə 26 məktəbli iştirak edib. Əvvəlcə müsabiqə iştirakçıları vətənpərvərlik mövzusunda şeirlərini səsləndiriblər. Qiymətləndirmə aparıldıqdan sonra qaliblər Rayon Təhsil Şöbəsinin fəxri fərmanları ilə təltif olunublar.
 
Müstəqillik Gününə həsr olunan növbəti tədbir Qarabag Regional Bilik Evinin təşkilatçılığı ilə Tərtər şəhər 2 saylı məktəb liseydə keçirilib. Qarabağ Bilik Evinin direktoru Gülarə Əkbərova rayonun ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinin, yuxarı sinif şagirdlərinin,valideynlərin qatıldığı tədbirdə çıxış edərək, XX yüzilliyin əvvəlində və axırında Azərbaycanın müstəqillik qazanmasının tarixi aspektlərindən danışıb.
 
Tədbirdə müəllimlərdən Səbinə Zeynalova, Məlahət Nuriyeva, Sevinc Tağıyeva, şagirdlərdən Dilarə Ağazadə, Sara Bayramova, Elvin və Fidan Əlizadələr, Gülşad Zeynalova çıxış edərək, müstəqil Azərbaycanın inkişafında yeniyetmələrin, gənclərin üzərinə düşən öhdəlikləri xatırladıblar, bu mövzuda maraqlı fikirlər səsləndirblər.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 18.10.2017

Son xəbərlər