Astarada Beynəlxalq Çay günü qeyd olundu


Astara Bilik Evi və Astara Məhdud Məsuliyyətli Cəmiyyətin Çay fabrikinin birgə təşkilatçılığı ilə 15 dekabr Beynəlxalq Çay gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Astara MMC-nin Çay fabrikində “Çay Muzeyi” ilə tanış olublar.

Tədbiri giriş sözü ilə Astara MMC-nin Çay fabrikinin kadr məsələləri üzrə mütəxəssisi Natiq İbadov açıb.

Sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 aprel 2015-ci il tarixində Astara rayonuna səfəri zamanı MMC-nin Çay fabrikinin açılış mərasimindən hazırlamış film nümayiş olunub.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq İnstitutunun Lənkəran Çay filialının şöbə müdiri, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Sabir Ramazanov geniş məruzə ilə çıxış edib. Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyevin Azərbaycanda kənd təsərrüfatının prioritet sahələrindən biri olduğu barədə fikrini sitat gətirən natiq deyib ki, kənd təsərrüfatının şaxələndirilmiş şəkildə inkişaf etdirilməsi  qarşıda duran əsas vəzifələrdən biridir.

Bildirilib ki, bu gün müzakirə mövzusu olan ənənəvi sahələrin bərpası artıq böyük bir canlanma yaradıb. Ölkəmizdə çayçılığın sürətli inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1970-ci ildə 8 min hektarda çay əkilirdisə, 1982-ci ildə təxminən 12 min hektarda çay əkilib və çayın istehsalı 26 min tona çatıb.

Tədbirdə Astara MMC-nin Çay fabrikinin baş aqronomu İsrafil İsrafilov, Astara MMC-nin Çay fabrikinin Astara sahəsinin rəisi Ağaşirin Ağayev, Astara rayon Çayoba-Hirkan sahəsinin rəisi Şəhadət Mahmudov və Astara Heydər Əliyev Mərkəzinin direktoru və Astara Bilik Evinin mütəxəssisi Kübra Səmədova çıxış ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat Xidməti
Tarix: 15.12.2017

Son xəbərlər