Astara Bilik Evi 20 Yanvara həsr olunan tədbir təşkil etdi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Astara Bilik Evi və Astara Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda tədbir keçirilib.
 
Yanvarın 11-də Astara şəhər 2 saylı tam orta məktəbində müəllim və şagirdlərin iştirakı ilə keçirilən tədbirdə Astara Heydər Əliyev Mərkəzinin bələdçisi Cəmalə Məmmədovanın açıq dərsi təşkil olunub.
 
Tədbirdən əvvəl şəhidlərin xatirəsi bir dəqiqəlik sukutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni oxunub.
 
C.Məmmədova şagirdlərə bildirib ki, 1990-cı ilin 20 yanvar hadisələri hər birimizin yaddaşına əbədi həkk olunub. Həmin gün Azərbaycan tarixinə qanla yazılmış bir səhifədir. Ancaq təkcə faciə deyil, eyni zamanda bu tarix Azərbaycan dövlətinin istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi.20 Yanvar  uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
 
Dərsdə C.Məmmədova  1990-cı il, yanvarın 21-də Ulu Öndər Heydər Əliyevinin ailə üzvləri ilə birgə Moskvadakı Azərbaycan nümayəndiliyinə gələrək SSRİ rəhbərliyinə etiraz etdiyini, faciəni törədənlərin, şəxsən Mixail Qarboçovun ünvanına kəskin ittihamlar söylədiyini, qoşunların Bakıdan çıxarılmasını tələb etdiyini xatırladıb.
 
Açıq dərsdə Astara şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi Tarif Əliyev də yanvar hadisələri ilə bağlı tarixi gerçəkliklərdən söz açıb.
 
Həmin gün Astara şəhər 4 saylı tam orta məktəbinin şagirdləri Astara Heydər Əliyev Mərkəzində olublar.
 
Bələdçi şagirdlərə Ümummilli Lider Heydər Əliyevin zəngin omür yolunu əks etdirən fotoşəkillər və sənədlər haqqında məlumat verib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 11.01.2018

Son xəbərlər