Astara Bilik Evində 20 Yanvara həsr olunan tədbir keçirildi


Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Astara Bilik Evində fəaliyyət göstərən “Toxuculuq” və “Rəssamlıq” dərnəklərində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Tariximizin qan yaddaşı” mövzusunda tədbir keçirilib. Tədbirdə dərnəklərin rəhbərləri və üzvləri  iştirak ediblər.

Astara Bilik Evinin “Toxuculuq” dərnəyinin rəhbəri Şaxanım Zülfüqarova  və  “Rəssamlıq”  dərnəyinin  rəhbəri  Cəmalə Məmmədova 20 Yanvar faciəsinin baş vermə səbəbləri və hadisələrdən ötən 28 il ərzində müstəqil Azərbaycanın imza atdığı uğurlar barəsində geniş məlumat veriblər.

Natiqlər 1990-cı ilin 20 yanvar hadisəsini uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğurunda cəsarət nümayiş etdirdiyi şərəfli tarix adlandırıblar.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat Xidməti

        

 

 

Tarix: 14.01.2018

Son xəbərlər