Astara Bilik Evində Xocalı soyqırımına həsr olunmuş sərgi keçirilib


Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsinə dair tədbirlər planı”na uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Bilik evləri silsilə tədbirlər keçirir.
 
Fevralın 24-də Astara Heydər Əliyev Mərkəzində yerli Bilik Evinin rəssamlıq və toxuculuq dərnəkləri üzvlərinin Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş əl işlərindən ibarət “Xocalı faciəsi tariximizin qan yaddaşıdır” mövzusunda sərgi keçirilib.
 
Rəssamlıq dərnəyinin rəhbəri Cəmalə Məmmədova və toxuculuq dərnəyinin rəhbəri Şaxanım Zülfüqarova iştirakçılara faciə barədə ətraflı məlumat veriblər.
 
Natiqlər bildiriblər ki, Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının tanınmasının əsas təşəbbüskarı olub. Milli Məclisin 24 fevral 1994-cü il tarixli qərarı ilə hər il fevralın 26-sı «Xocalı Soyqırımı Günü» kimi qeyd olunur.
 
Çıxışlardan sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 24.02.2018

Son xəbərlər