Astara Bilik Evinin dərnək üzvləri mükafatlandırıldı


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Astara Bilik Evi, Astara Rayon İcra Hakimiyyəti, Heydər Əliyev Mərkəzi və Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə keçirilən rəsm müsabiqəsinin yekun sərgisi keçirilib.
 
Uşaq və yeniyetmələrin canlı təbiətə, heyvanlar aləminə münasibətini əks etdirən sərgi Astara Dövlət Rəsm Qalereyasında gerçəkləşib. 6-16 yaşlı şagirdlər, kollec tələbələri arasında keçirilmiş sərgidə Astara Bilik Evinin “Rəssamlıq” dərnəyinin üzvləri də iştirak ediblər.
 
Müsabiqə uşaqlarda bədii zövqün və ətraf mühitə münasibətin formalaşması, yaradıcılıq duyğularının inkişafı, yeni nəsil rəssamların yetişməsinə xidmət məqsədi daşıyır.
 
Müsabiqəyə göndərilən 105 əl işindən 22-si seçilib. Qaliblər diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar. İstedadlı gənclərə mükafatları Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin məsul işçisi Xalid Məmmədov təqdim edib.
 
Müsabiqədə iştirak edən Astara Bilik Evinin “Rəssamlıq” dərnəyinin üzvləri Samirə Axundova və Nəzrin Məmmədova da mükafat alanlar sırasındadırlar.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 05.03.2018

Son xəbərlər