Astara Bilik Evi aprel şəhidlərinin anma tədbirini təşkil etdi


Aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Astara Bilik Evinin təşkilatçılığı ilə rayonun Suparibağ kənd tam orta məktəbində “2 aprel döyüşləri qəhrəmanlıq salnaməsi” mövzusunda tədbir keçirilib.
 
Aprel döyüşlərində şəhid olmuş Pəncəli Teymurovun qardaşı Famil Teymurov, Astara Heydər Əliyev Mərkəzinin direktoru, Bilik Evinin mütəxəsisi Kübra Səmədova, Prezident təqaüdçüsü, hərbçi Orxan Əliyev, Astara rayon Asxanakəran kənd tam orta məktəbinin dərs hissə müdiri Bəxtiyar Rüstəmov tədbirdə Azərbaycan ordusunun şücaətindən bəhs edərək, məlum döyüşlərdən sonra düşmənin ağır sarsıdıcı zərbə aldığını bildiriblər, bu zəfərin əldə olunmasında igidlik göstərən qəhrəmanlarımızla qürur duyduqlarını söyləyiblər.
 
Sonda şəhid Pəncəli Teymurov haqqında sənədli filim nümayiş olunub.

 

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
 

        

 

Tarix: 02.04.2018

Son xəbərlər