Bilik Fondu Astara Pedoqoji Kollecində tədbir təşkil etdi


Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçlığı ilə Astara rayon Pedaqoji Kollecində tədbir keçirilib.

Astara Pedoqoji Kollecinin direktoru Ağababa İbrahimov tədbiri giriş sözü ilə açaraq, rəhbərlik etdiyi təhsil ocağı ilə Fondun birgə əməkdaşlığı barədə ətraflı məlumat verib.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyeva “Erkən nikahlar və onun törətdiyi fəsadlar” mövzusunda mühazirə ilə çıxış edib.

Erkən nikah probleminin yaranma səbəbləri və ağır nəticələrindən söz açan mühazirəçi belə halların qarşısını maariflənmək və savadlanmaqla almağın mümkünlüyünə diqqət çəkib.

Tədbirdə Astara Heydər Əliyev Mərkəzinin direktoru, Bilik Evinin mütəxəssisi Kübra Səmədova, Astara Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının uşaqlarla iş üzrə məsləhətçi-psixoluqu, aparıcı məsləhətçi Şərəbanu Məmmədova mövzu ilə bağl fikirlərini səsləndiriblər.

Kollecin müəllim və tələbə kollektivinin iştirakı ilə keçirilən tədbirdə dinləyicilərin sualları ətraflı cavablandırılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında 
Bilik Fondunun Mətbuat xidməti

Tarix: 20.04.2018

Son xəbərlər