Astara Bilik Evinin açılmasından bir il keçir


Astara Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Astara Bilik Evinin açılmasının  1 illiyinə həsr olunmuş sərgi və tədbir keçirilib.
 
Tədbiri giriş sözü ilə Astara Rrayon İcra Hakimiyyəti başçısının müavini, içtimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Bilik Evinin müdiri Yasəmən Rəsulova açaraq, bu günə qədər görülən işlərdən danışıb. Qeyd edib ki, Ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi, Prezident İlham Əliyevin imzaladığı sərəncam və fərmanların, tövsiyə və tapşırıqların mahiyyətinin yerli əhaliyə dolğun çatdırılması, alim, tədqiqatçı, mütəxəssis, mədəniyyət xadimləri ilə yerli əhalinin görüşlərinin keçirilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların elmi biliklərinin artırılması, istedadlı şəxslərin aşkara çıxarılması Bilik Evinin əsas fəaliyyət istiqaməti olub. Bununla yanaşı, Bilik Evində “Toxuculuq” və “Rəssamlıq” dərnəkləri fəaliyyət göstərir.
 
Tədbirdə Pedaqoji Kollecin direktoru Ağababa İbrahimov, “Astara” qəzetinin baş redaktoru Fəridə Ağazadə,  Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta məktəbin direktoru Xədicə Əliyeva, Heydər Əliyev Mərkəzinin direktoru, Bilik Evinin mütəxəssisi Kübra Səmədova, “Rəssamlıq” dərnəyinin rəhbəri Cəmalə Məmmədova çıxış edərək, gələcək planlar barədə söz açıblar.
 
Sonda dərnək üzvlərinin əl işlərindən ibarət sərgi nümayiş olunub.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 12.05.2018

Son xəbərlər