Bilik Fondu Astarada “Cümhuriyyət – 100” mövzusunda tədbir keçirdi


2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu bölgələrdə silsilə maarifləndirici tədbirlərini davam etdirir.

Fondun təşkilatçılığı növbəti tədbir mayın 24-də Astara Pedoqoji Kollecində olub. Təhsil ocağının direktoru direktoru Ağababa İbrahimov kollecin müəəllim və şagird kollektivinin iştirak etdiyi tədbiri  açaraq, rəhbərlik etdiyi müəssisə ilə Fondun birgə əməkdaşlığı barədə ətraflı məlumat verib.

Fondun əməkdaşı Abbas Əliyev təmsil etdiyi qurumun Cümhuriyyət tariximizlə bağlı keçirdiyi silsilə tədbirlərdən söz açıb.

“Astara” qəzetinin baş redaktoru  Fəridə Söhrabqızı çıxışında Cümhuriyyət liderlərinin müstəqillik yolundakı fədakarlıqları mövzusunda fikirlər səsləndirib.

Kollecin  tələbəsi Səbinə Əlizadəyə Fondun təşkilatçılığı ilə “Cümhuriyyət tariximiz qürurumuzdur” layihəsi çərçivəsində  keçirilən “Azərbaycan Xalq Cümhuriyyəti haqqında bildiklərimiz” mövzusunda müsabiqənin qalibi olduğuna görə tədbirdə Diplom təqdim olunub.

İştirakçılara “ARB Aranfilm”in ərsəyə gətirdiyi “Gizli istiqlalçılar” sənədli filmi də göstərilib.

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun Mətbuat xidməti

Tarix: 24.05.2018

Son xəbərlər